26.04.2022
27.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmişmiş Kitabxana Sisteminin 5 saylı kitabxana filialında “Şuşa Azərbaycanın Mədəniyyət mərkəzidir“adlı ədəbi-bədii gecə keçirildi.
Tədbirdə 13 saylı məktəbin müəllim və şagirdləri və fəal oxucular iştirak edirdi.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə böyük kitabxanaçı Nazilə Həsənova açaraq bildirdi ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.
13 saylı məktəbin müəllimi Tamella Mürşüdova çıxışında qeyd etdi ki, Suşa tarix boyu öz yüksək mənəvi dəyərlərini qoruyub saxlamış və şeir və musiqi məclisləri təşkil olunmuşdur. Bu musiqi məclislərinin Azərbaycan musiqisinin inkişafında önəmli rolu olmuşdur. Şuşada incəsənətin müxtəlif sahələri inkişaf etmişdi. Şuşa qədim zamanlardan musiqinin beşiyi kimi məşhurdur və bütün Zaqafqaziyada xalq musiqi istedadlarının tükənməz bulağı kimi şöhrət qazanmışdır.
Tədbirdə çıxış edən 13 saylı məktəbin müəllimi Təranə Hüseynova qeyd etdi ki, Şuşa – Zaqafqaziyanın konservatoriyasıdır. Azərbaycan musiqisinin inkişafında Qarabağdan, Şuşadan çıxmış sənətkarlarımızın, məşhur xanəndə və sazədələrimizin, bəstəkarlarımızın, ifaçılarımızın rolu böyük olmuşdur.
109 saylı Kəlbəcər tam orta məktəbin müəllimi Könül Bayramova çıxışında bildirdi ki,
44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etdi. Şuşa şəhəri Böyük Qayıdışın şah əsəridir. Şuşa zəfərindən sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılmışdır. İnanırıq ki, Azərbaycanın mədəniyyət paytaxtına onun daimi sakinlərinin qayıdacağı gün də çox uzaqda deyildir.
Tədbirdə 13 saylı məktəbin şagirdləri Şuşa haqqında mahnılar oxudular, şeir söylədilər. 13 saylı məktəbin şagirdi Məhəmməd Quliyev şair Ə.Cavadın “Çirpınırdı Qara dəniz“ şerini söyləyərək tədbiri tamamladı.
Tədbir iştirakçıları respublikamıza əbədi sülh, əmin-amanlıq, davamlı inkişaf və tərəqqi arzulamışdır.